14 
Mar
2014
13:00
13
6
2203
Virtual karabakh

4 qat dünya çempionu və məşhur müğənni qolf oynadılar – FOTO + VİDEO

14 Mar, 2014
13:00
2203

4 qat dünya çempionu və məşhur müğənni qolf oynadılar – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qolfsevərlər, bu gün ekran başına toplanın!

“Qolf aləmi” verilişi hər dəfə olduğu kimi bu gün də qolfsevərləri təəccübləndirəcək.

Oxu.Az xəbər verir ki, İTV telekanalında yayımlanan “Qolf aləmi”nin  bugünkü buraxılışında  azyaşlıların və Azərbaycan Qolf Federasiyasının ən gənc qolfçusu Nəbi Əfəndinin qolf idman növünə olan marağı, Nigar Əliyevanın analara tövsiyəsi işıqlandırılacaq.

Verilişin qonaqları kik-boks üzrə 4 qat dünya çempionu Pərviz Abdullayev və müğənni Zarina Məmmədova olacaq.

Eyni zamanda, dünya qolf reytinqi sıralamasında ilk ikilikdə mövqeyini qoruyan Henrik Stenson haqqında bilmədiklərinizi “Qolf aləmi”nin bu axşam efirə gedəcək buraxılışında öyrənə biləcəksiniz.

Veriliş bu gün saat 21:20-də İTV telekanalında yayımlanacaq.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri