14 
Fev
2014
16:10
21
6
1351
Virtual karabakh

“Qolf aləmi”ndə bu gün – ANONS

14 Fev, 2014
16:10
1351

“Qolf aləmi”ndə bu gün – ANONS

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yaxın illərdə Azərbaycan artıq qolf ölkəsi olacaq”.

2012-ci ildə təsis olunan Azərbaycan Qolf  Federasiyası qolfun ölkəmizdə populyarlıq qazanması üçün əməli tədbirlərini davam etdirir.

Ölkəmizdə yeni idman növü olmasına baxmayaraq artıq qolfa maraq artmaqdadır. Azərbaycan Qolf  Federasiyası dünya qolf ailəsinə inteqrasiyası üçün beynəlxalq əlaqələrini gücləndirir.

Oxu.Az xəbər verir ki, İtaliya Qolf  Federasiyasının vitse-prezidenti, “Della Montekia” qolf  klubunun sahibi Paolo Kasati Azərbaycan Qolf Federasiyası ilə tanışlıq üçün Bakıya səfər edib. Səfər çərçivəsində Paolo Kasati Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov ilə də görüşüb. İtaliya Qolf Federasiyasının vitse-prezidenti səfərlə bağlı öz fikirlərini də bölüşüb:

“Səfərimdə əsas məqsəd Azərbaycan Qolf Federasiyası ilə yaxından tanış olmaqdır. Qolf ölkənizdə yeni idman növü olsa da yerli Federasiya çox böyük işlər görüb. İnfrastruktur yaradılıb, yeniyetmə və gənclərin qolfla məşğul olmaları üçün Akademiya təsis olunub.

Əməkdaşlığımızın bir neçə istiqamətləri olacaq. Birgə treyninqlər keçiriləcək, gələcəkdə istər həvəskar, istərsə də peşəkar qolf turnirləri təşkil edəcəyik. Bir sözlə Azərbaycan Qolf Federasiyasının dünya qolf ailəsinə inteqrasiyası üçün hər cür şərait var. Demək istərdim ki, yaxın illərdə Azərbaycan artıq qolf ölkəsi olacaq”.

Qeyd edək ki, Azərbaycan Qolf Federasiyasının  məqsədi bu idman  növünün kütləviliyini təmin etmək və 2016-cı ildə Braziliyanın Rio De Janeyro şəhərinin ev sahiblik edəcəyi Yay Olimpiya Oyunlarında Azərbaycan təmsilçisinin iştirakıdır.

Verilişdə dünyanın ən tanınmış qolfçusu Padraig Harringtonun həyatı və onun qolf karyerası haqqında tamaşaçılara məlumat çatdırılacaq.

Eyni zamanda, əməkdar artist Ədalət Şükürov meydanda qolf  bacarığını nümayiş etdirəcək.

“Qolf aləmi” verilişi bu gün İTV telekanalında  saat 23.25-də efirə gedəcək.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri