28 
Fev
2014
18:40
13
9
1458
Virtual karabakh

“Qolf Aləmi” – FOTO + ANONS

28 Fev, 2014
18:40
1458

“Qolf Aləmi” – FOTO + ANONS

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya qolf xəbərlərini və ilin ən gözəl qolf zərbələrini burada izləyin…

“Qolf Aləmi”ni səbirsizliklə gözləyən izləyicilərə verilişin bugünkü buraxılışında Azərbaycan Qolf  Federasiyasının “SNAQ” proqramı çərçivəsində orta təhsil məktəblərində həyata keçirdiyi dərslər haqqında  məlumat veriləcək.

Oxu.Az xəbər verir ki, verilişin qonaqları yaratdığı Həzi Aslanov obrazı ilə hər kəsin sevgisini qazanan aktyor, xalq artisti Ramiz Novruz və oğlu Avrasiya türkdilli ölkələrin musiqi festivalının fəxri qalibi, müğənni Cavidan Novruz olacaq.

“Xarici qolf ulduzu” rubrikasında isə qolfun cavan siması Jessica Cordanin qolf həyatı  haqqında məlumat veriləcək.

Eyni zamanda, verilişdə dünya qolf xəbərlərini və ilin ən gözəl qolf zərbələrini izləmək şansınız olacaq.

“Qolf Aləmi” yenidən əvvəlki vaxtında saat 21:20-də, bu gün İctimai Televiziyada yayımlanacaq.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri