Fev
2014
18:05
12
16
1454
Virtual karabakh

“Qolf aləmində” bu gün – Anons

7 Fev, 2014
18:05
1454

“Qolf aləmində” bu gün – Anons

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Veriliş yeni vaxtda efirə gedəcək.

İTV telekanalında yayımlanan “Qolf aləmi” verilişinin növbəti efirində  bu idman növü haqqında bilmədiklərinizi öyrənmək şansınız olacaq.

Oxu.Az xəbər verir ki, “Qolf aləmi” verilişi  bu gün yeni vaxtda saat 23.10-da  Soçi Olimpiadasının açılış mərasimi ilə bağlı olan proqramdan  dərhal sonra efirə gedəcək.

Verilişin qonağı Azərbaycan Qolf  Federasiyasının baş katibi Nigar Süleymanova olacaq. Nigar xanım qolf idmanı ilə bağlı gələcək tədbirlər planı  barədə məlumat verəcək.

Eyni zamanda, siz olimpiya çempionlarını qolf meydanında görəcəksiniz.

“Qolf aləmi” verilişinin təkrarı isə hər həftənin cümə axşamı saat 13:35-də  yayımlanır.

Verilişin aparıcısı Elnur Əliyevdir.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri