23 
Yan
2014
18:35
30
6
3928
Virtual karabakh

Azərbaycan teleməkanında yeni layihə – Foto + Video

23 Yan, 2014
18:35
3928

Azərbaycan teleməkanında yeni layihə – Foto + Video

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Verilişin aparıcısı Elnur Əliyevdir.

Azərbaycanın televiziya məkanında ölkədə qolf  idmanının populyarlaşdırılmasına yönəlmiş yeni layihə - “Qolf aləmi” verilişi yayımlanmağa başlayıb.

Oxu.Az xəbər verir ki, yeni verilişin məqsədi ölkəmizdə qolfun inkişafını təmin etmək, Azərbaycan Qolf Federasiyasının tədbirlərini ictimaiyyətin diqqətinə çatdırmaq və 2016-cı ildə keçiriləcək Olimpiya oyunlarında azərbaycanlı qolfçulara dəstək olmaqdır.

Verilişin ilk buraxılışı yanvar ayının 10-da efirə gedib. Həmin buraxılışda qolfun ölkəmizə gəlişi, Azərbaycan Qolf  Federasiyasının, həmçinin Quba Qolf  Mərkəzinin açılışı barədə tamaşaçılara məlumat verilib.

Verilişin yanvar ayının 17-də efirə gedən ikinci buraxılışının qonağı Murad Dadaşov olub.

“Qolf aləmi” həftənin hər cümə günü saat 21:20-də,  təkrarı isə cümə axşamı saat 13:35-də  İTV telekanalında yayımlanır. Verilişin aparıcısı Elnur Əliyevdir.

Qeyd edək ki, sabah efirə gedəcək verilişin qonaqları isə əməkdar artist Fidan Hacıyeva və İctimai televiziyanın tanınan siması Saleh Bağırovdur. Verilişin çəkilişləri açılışı bir müddət əvvəl baş tutmuş və Bakıda yerləşən Qolf Akademiyasında aparılır.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri