May
2024
19:20
141
24
1036
Virtual karabakh

Zaqatalada narkotiklərin təsiri altında avtomobil idarə edən sürücü SAXLANILDI - FOTO

2 May, 2024
19:20
1036

Zaqatalada narkotiklərin təsiri altında avtomobil idarə edən sürücü SAXLANILDI - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbirlər zamanı narkotiklərin təsiri altında avtomobil idarə edən H.Abdullayev saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, sürücü idarə etdiyi VAZ-21014 markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün ona “saxla” işarəsi verilib.

Yoxlama zamanı H.Abdullayevin narkotik vasitə qəbul etdiyinə dair şübhə yarandığından o, tibbi müayinədən keçirilib. Nəticədə sürücünün marixuana, eləcə də metadon həbi istifadə etdiyi müəyyən olunub.

H.Abdullayev barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Həmçinin, bölmə əməkdaşları motosiklet sürücülərinin təhlükəsizliyinin təmin edilməsi, onların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlər keçiriblər. Sürücülük hüququ və dövlət qeydiyyat nişanı olmadan bu növ nəqliyyat vasitələri idarə edən sürücülər aşkar edilib. Onlarla maarifləndirici söhbətlər aparılıb və barələrində inzibati protokollar tərtib olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri