31 
Yan
2014
13:32
24
11
1525
Virtual karabakh

“Qolf aləmində” bu gün – Anons

31 Yan, 2014
13:32
1525

“Qolf aləmində” bu gün – Anons

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Veriliş hər həftənin cümə günü saat 21:20-də İTV-də yayımlanır.

Ölkədə qolf idmanının populyarlaşmasına yönələn  “Qolf aləmi” layihəsinin növbəti efirində çox maraqlı anlar yaşanacaq.

Oxu.Az xəbər verir ki, bu gün saat 21:20-də İTV telekanalında yayımlanacaq “Qolf aləmi” verilişinin qonağı, Azərbaycanın ən gənc millət vəkili Ceyhun Osmanlı ilə qolf yarışı olacaq.

“Dünya qolf ulduzları” rubrikasında isə tamaşaçılara dünya qolf aləminin tanınmış siması Pensilvaniyanın qolfmeysteri Arnold Palmerin həyatı və qolf yarışları barəsində məlumat veriləcək.

Eyni zamanda, dünyada keçirilən ən son qolf yarışları haqqında tamaşaçılara xəbər çatdırılacaq.

Verilişdə qolfun etik qaydaları ilə bağlı Azərbaycan Qolf Federasiyasının rəsmi nümayəndəsi Elşən Quliyev məlumat verəcək.

“Qolf aləmi” hər həftənin cümə günü saat 21:20-də,  təkrarı isə cümə axşamı saat 13:35-də İTV telekanalında yayımlanır. Verilişin aparıcısı Elnur Əliyevdir.

Qolfun ilkin etik qaydaları, dünyada keçirilən ən son qolf yarışları, qolf idmanı növü və dünyaca məşhur qolfmeysterlər haqqında məlumat almaq istəyirsinizsə, bu gün axşam efirə gedəcək “Qolf aləmi” verilişini mütləq izləyin.

 

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri