25 
May
2022
03:39
427
4
1855
Virtual karabakh

İstanbulda İŞİD-in kamikadzesi bomba hazırlığı zamanı saxlanıldı

25 May, 2022
03:39
1855

İstanbulda İŞİD-in kamikadzesi bomba hazırlığı zamanı saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İstanbulda İŞİD-dən olan kamikadze hücum aktına hazırlaşdığı zaman saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən açıqlama verilib.

İstanbul Polis Kəşfiyyatının Terrorla Mübarizə Bölmələri tərəfindən İŞİD terror təşkilatının fəaliyyətini deşifrə etmək üçün aparılan araşdırmalar zamanı kamikadze hücumuna hazırlaşan xarici ölkə vətəndaşı Anas Abbud Alşahi Bnaman bu gün Küçükçekmece mahalında, yaşadığı ünvanda saxlanılıb.

Onun yaşadığı evdə axtarışlar zamanı tapılan rəqəmsal materiallar müsadirə edilib.

Tutulan terrorçu ilə birlikdə bu, İŞİD-in bu il planlaşdırdığı 12-ci kamikadze hücumunun qarşısının alınması halıdır.

Bundan başqa, İstanbulda İŞİD terror təşkilatının üzvü olduqları müəyyən edilən şəxslərə qarşı eyni vaxtda keçirilən əməliyyatlarda dörd şübhəli saxlanılıb.

Mənbə: Haber Global

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri