25 
Apr
2024
22:46
215
28
949
Virtual karabakh

“Taliban” altı İran sərhədçisini saxlayıb

25 Apr, 2024
22:46
949

“Taliban” altı İran sərhədçisini saxlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əfqanıstanın radikal “Taliban” hərəkatının üzvləri Fərəh vilayətində altı iranlı sərhədçini dövlət sərhədini qanunsuz keçməkdə şübhəli bilərək saxlayıblar.

Məlumata görə, iranlı sərhədçilər Fərəh əyalətinin Əbu Nəsir quru limanı ərazisindən Əfqanıstan ərazisinə qanunsuz daxil olublar.

Saxlanıldıqdan sonra sərhədçilər “Taliban” düşərgəsinə köçürülüblər.

Qeyd edək ki, İran-Əfqanıstan sərhədində tərəflərin bir-birinin ərazisinə qeyri-qanuni daxil olması ilə bağlı qarşılıqlı ittihamları zəminində sərhədçilər arasında münaqişələr mütəmadi olaraq baş verir.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri