26 
Apr
2024
00:22
188
6
2987
Virtual karabakh

Almatıda onlarla insanın həyatı xilas oldu: Uçuşa hazırlaşan narkoman pilot son anda saxlanıldı - FOTO

26 Apr, 2024
00:22
2987

Almatıda onlarla insanın həyatı xilas oldu: Uçuşa hazırlaşan narkoman pilot son anda saxlanıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstanda “Air Astana” aviaşirkətinin pilotu narkotik vasitələrdən istifadə etməkdə şübhəli bilinib.

Qeyd olunur ki, şübhəli Almatı hava limanında saxlanılıb. O, uçuş zonasında olub. Polis narkotik maddənin təsiri altında olduğunu etiraf edən pilotu tez bir zamanda saxlamağa müvəffəq olub. Eyni zamanda, həmin şəxs Aktauya getdiyini bildirib. O, orada uşaqlar üçün keçirilən tədbirdə iştirak etməli olduğunu deyib.

Lakin axtarışlar zamanı saxlanılan şəxsin üzərindən narkotik maddə aşkar edilməyib. Öz növbəsində onun mənzilində şübhəli əşyalar tapılıb. Həmin şəxs bir neçə ildir ki, qanunsuz maddələrdən istifadə etdiyini qeyd edib.

Aviaşirkət artıq pilotu işdən azad edib.

Mənbə: cmn.kz

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri