26 
Apr
2024
02:00
27
69
1089
Virtual karabakh

Dardanel boğazında gəmidə baş verən yanğın söndürülüb - YENİLƏNİB + FOTO/VİDEO

26 Apr, 2024
02:00
1089

Dardanel boğazında gəmidə baş verən yanğın söndürülüb - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dardanel boğazında yük gəmisində baş verən yanğın söndürülüb, boğazda hərəkət cənub istiqamətində bərpa edilib.

Bu barədə Türkiyənin Nəqliyyat Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Barbados bayrağı altında üzən 107 metrlik “Ak Discovery” yük gəmisində 14 ekipaj üzvü olub.

Ekipaj üzvlərindən biri yanıq xəsarətləri alıb və vəziyyəti ağırdır. Onun Suriya vətəndaşı olduğu bildirilir. Qalan dənizçilər təxliyə ediliblər, onların həyatı üçün heç bir təhlükə yoxdur.

Mənbə: TASS

00:54

Barbados bayrağı altında üzən “Ak Discovery” yük gəmisində Dardanel boğazından keçərkən yanğın baş verib.

Türkiyə Sahil Mühafizəsi üzrə Baş İdarəsinin “X” hesabında verdiyi məlumata görə, boğazdan keçən nəqliyyatın hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq bağlanıb.

“Dardanel boğazı ərazisində Misirdən Bolqarıstana doğru hərəkət edən 107 metrlik “Ak Discovery” yük gəmisinin maşın bölməsində yanğınla bağlı həyəcan siqnalı daxil olub. Gəminin olduğu yerə xilasetmə katerləri göndərilib və yanğının söndürülməsinə başlanılıb. Boğaz hər iki istiqamətdə müvəqqəti olaraq bağlanıb”, - deyə idarədən bildirilib.

Yük gəmisinin ekipajının təxliyə edildiyi qeyd edilir.

Məlumata görə, bir nəfər yaralanıb.

Mənbə: TRT

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri