19 
Apr
2014
09:40
23
3
3669
Virtual karabakh

Maykl Bolton İçərişəhər gəzintisində - FOTO

19 Apr, 2014
09:40
3669

Maykl Bolton İçərişəhər gəzintisində - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qremmi” mükafatı laureatı Maykl Boltonun albomları dünya üzrə 53 milyon nüsxədən artıq satılıb.

Aprelin 19-da məşhur amerikalı müğənni Maykl Bolton Bakıda ilk dəfə Heydər Əliyev Mərkəzində solo konsert proqramı ilə çıxış edəcək.

Oxu.Az xəbər verir ki, amerikalı müğənni ötən gün Bakıya gəlib. Məşhur İçərişəhəri gəzməyə çıxıb.

Qeyd edək ki, rok-balladaları ilə bütün dünyada şöhrət qazanmış tanınmış bəstəkar və ifaçı bu  gün azərbaycanlı tamaşaçılar üçün ən sevilən və yeni mahnılarını səsləndirəcək.

Əsl adı Mixail Bolotin olan 60 yaşlı, rus əsilli müğənni ABŞ-da doğulub və böyüyüb. Bolton uğurlu ifaçılıq karyerası ilə yanaşı, həmçinin ABŞ-ın ən məhsuldar bəstəkarlarından biri kimi tanınır. O, Bob Dilan, Lеdi Qaqa, Dayan Vorren, Devid Foster, Fil Rаmon, Barbra Streyzand, Con Lecend, Jay Z və “KİSS” qrupu kimi dünya ulduzları üçün mahnılar yazıb.

“Qremmi” mükafatı laureatı Maykl Boltonun albomları dünya üzrə 53 milyon nüsxədən artıq satılıb. Hollivudun “Şöhrət xiyabanı”nda adına ulduz olan Maykl Boltonun repertuarında sevgi balladaları üstünlük təşkil edir. “Can I Touch You...There?”, “How Am I Supposed To Live Without You”, “Love is a Wonderful Thing”, “Missing You Now” onun ən məşhur mahnılarındandır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri