Mar
2014
13:25
14
10
1368
Virtual karabakh

Maykl Bolton Bakıya gəlir – VİDEO

7 Mar, 2014
13:25
1368

Maykl Bolton Bakıya gəlir – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

O, ABŞ-ın ən məhsuldar bəstəkarlarından biri kimi tanınır.

Məşhur amerikalı müğənni Maykl Bolton Bakıda ilk dəfə Heydər Əliyev Mərkəzində solo konsert proqramı ilə çıxış edəcək.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, rok-balladaları ilə bütün dünyada şöhrət qazanmış tanınmış bəstəkar və ifaçı aprelin 19-da sevilən və yeni mahnılarını səsləndirəcək.

Əsl adı Mixail Bolotin olan 60 yaşlı, rus əsilli müğənni ABŞ-da doğulub və böyüyüb.

Bolton uğurlu ifaçılıq karyerası ilə yanaşı, ABŞ-ın ən məhsuldar bəstəkarlarından biri kimi tanınır. O, Bob Dilan, Lеdi Qaqa, Dayan Vorren, Devid Foster, Fil Rаmon, Barbra Streyzand, Con Lecend, Jay Z və “KİSS” qrupu kimi dünya ulduzları üçün mahnılar yazıb.

“Qremmi” mükafatı laureatı Maykl Boltonun albomları dünya üzrə 53 milyon nüsxədən artıq satılıb. Hollivudun “Şöhrət xiyabanı”nda adına ulduz olan Maykl Boltonun repertuarında sevgi balladaları üstünlük təşkil edir. “Can I Touch You...There?”, “How Am I Supposed To Live Without You”, “Love is a Wonderful Thing”, “Missing You Now” onun ən məşhur mahnılarındandır.

Maykl Boltonun Luçano Pavarotti, Xose Karreras, Plasido Dominqo, Rene Fleminq, B.B.Kinq kimi ulduzlarla duetləri milyonların sevgisini qazanıb.  

Maykl Boltonun musiqilərini bir çox məşhur film və seriallarda da eşitmək mümkündür. Onun “Herkules” animasiya filmində səslənmiş “Go The Distance” kompozisiyası “Oskar” mükafatına nominant olub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri