28 
Mar
2014
11:20
5
17
2123
Virtual karabakh

Bakıda məşhur müğənninin konsertinə biletlərin qiyməti 500 AZN olacaq

28 Mar, 2014
11:20
2123

Bakıda məşhur müğənninin konsertinə biletlərin qiyməti 500 AZN olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bolton ən populyar, eləcə də yeni mahnılarını oxuyacaq.

Bakıda məşhur amerikalı müğənni Maykl Bolton konsert proqramı ilə çıxış edəcək.

Oxu.Az Vesti.az-a istinadən xəbər verir ki, konsert 19 aprel tarixində Heydər Əliyev Mərkəzində keçiriləcək.

Rok-balladaları ilə bütün dünyada məşhur olan bəstəkar-müğənni Azərbaycan tamaşaçıları üçün ən populyar, eləcə də yeni mahnılarını oxuyacaq.

Konsert biletlərinin qiyməti 50 manatdan 500 manata qədərdir.

Qeyd edək ki, Maykl Bolton rus mənşəli amerikalı müğənnidir, əsl adı isə Mixail Bolotindir.

Bolton soy adının yazılışını dəyişərək, Lora Breniqanın “How Am I Supposed to Live without You” hitini yazdıqdan sonra, 30 yaşında məşhurlaşdı. Sonrakı illərdə o, Şer, Barbra Streyzend və bir sıra digər ulduzlar üçün mahnılar yazıb. Bolton dünya şöhrətini 1990-cı illərdə qazanıb, o illərdə “Qremmi” mükafatını alıb. Bu mükafat ona altmışıncı illərin hiti olan “When a Man Loves a Woman” soul-hitin “kower” versiyası üçün verilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri