22 
Apr
2014
13:48
6
18
2655
Virtual karabakh

Elçin Şıxlı inanmır

22 Apr, 2014
13:48
2655

Elçin Şıxlı inanmır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş redaktor Rauf Mirqədirovun həbsindən danışdı.

“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı qəzetin əməkdaşı Rauf Mirqədirova qarşı Baş Prokurorluq tərəfindən irəli sürülən ittihamlara münasibət bildirib.

Oxu.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Şıxlı rəsmi ittihamlara bir sözlə cavab verib: “İnanmıram”.

Baş Prokurorluğun yaydığı məlumatda qeyd olunur ki, Mirqədirov Rauf Həbibulla oğlunun Azərbaycan Respublikasının suverenliyi, dövlət təhlükəsizliyi, ərazi toxunulmazlığı və müdafiə qabiliyyəti zərərinə olaraq 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək onların tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin dövlət sirri təşkil edən digər məlumatları fotoşəkillər və sxemlərlə birlikdə Ermənistan, Gürcüstan və Türkiyə ərazisində dəfələrlə görüşüb onlara verməsində əsaslı şübhələr olduğundan həmin faktla bağlı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb.

E.Şıxlı əlavə olaraq qeyd etdi ki, Müdafiə Komitəsi yaradıb toplantılar keçirməyi xoşlamasa da, R.Mirqədirovun hüquqlarının müdafiəsi ilə bağlı lazım olan addımları atacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri