20 
Apr
2014
14:03
17
41
2948
Virtual karabakh

“Zerkalo” qəzetinin muxbirinə vətənə xəyanət maddəsi ilə cinayət işi açılıb

20 Apr, 2014
14:03
2948

“Zerkalo” qəzetinin muxbirinə vətənə xəyanət maddəsi ilə cinayət işi açılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rauf Mirqədirov hüquqlarının vəkil Fuad Ağayev tərəfindən müdafiə olunmasını istəyib.

Türkiyədən deportasiya edilən jurnalist Rauf Mirqədirovun həbs edildiyi açıqlanıb. 

Lent.az-ın məlumatına görə, bu barədə məlumatı musavat.com-a vəkil Fuad Ağayev verib.

Onun sözlərinə görə, bir neçə dəqiqə əvvəl Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi İbrahim Ləmbəranski zəng edib. Müstəntiq bildirib ki, Rauf Mirqədirov şübhəli şəxs qismində saxlanılıb.

Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanılıb. Rauf Mirqədirov hüquqlarının vəkil Fuad Ağayev tərəfindən müdafiə olunmasını istəyib. 

Vəkil sabah Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə getməyi planlaşdırır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri