19 
Apr
2014
18:00
10
32
2210
Virtual karabakh

Türkiyədən deportasiya olunan jurnalist Rauf Mirqədirov artıq Bakıdadır

19 Apr, 2014
18:00
2210

Türkiyədən deportasiya olunan jurnalist Rauf Mirqədirov artıq Bakıdadır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ailəsi orda qalıb”.

Türkiyədən deportasiya olunan azərbaycanlı jurnalist, “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovu Bakıya gətirən təyyarə Heydər Əliyev adına Hava Limanında yerə enib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, R. Mirqədirov təyyarədən ensə də, onu pasport-nəzarət keçidində saxlayıblar.

“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı bildirib R. Mirqədirovun deportasiya olunma səbəbi açıqlanmır: 

“Ona bildiriblər ki, Türkiyə dövləti və xalqı qarşısında heç bir cinayəti yoxdur, sadəcə tapşırıq belədir. Mən deportasiyanın səbəbini öyrənmək üçün Türkiyənin Azərbaycandakı səfirliyinə bir neçə gün əvvəl məktubla müraciət etsəm də, hələlik bir cavab yoxdur. Rauf gəlsin, görək nə baş verir”.

E. Şıxlı onu da deyib ki, hadisə qardaş dövlət olan Türkiyədə baş verdiyi üçün çox səs-küy salmaq istəmirlər: 

“Amma hər halda bunun səbəblərini açıqlamalıdırlar”. 

Baş redaktor bildirib ki, R. Mirqədirovu saxlayıb, deportasiya edərkən ailəsi ilə görüşə imkan verməyiblər, bu səbəbdən o, Bakıya tək gəlir: 

“Ailəsi orda qalıb. Dünən Rauf ailəsi ilə birgə avtobusla gəlmək istəyirmiş. Saxlayıb, ailəsindən ayırıb, bu gün də tək yola salıblar. Dünəndən də ailəsi ilə əlaqə yaratmağa imkan verməyiblər. Ailə üzvlərinə isə bildiriblər ki, sabaha kimi Türkiyədən çıxmasalar, tutacaqlar. Onlar da yəqin bu günlərdə Azərbaycana qayıdarlar”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri