19 
Apr
2014
13:09
14
27
2106
Virtual karabakh

Türkiyə məşhur Azərbaycan jurnalistini deportasiya edir

19 Apr, 2014
13:09
2106

Türkiyə məşhur Azərbaycan jurnalistini deportasiya edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avtobus saxlanıldı, Mirqədirov isə polis bölməsinə aparıldı.

Ankarada yaşayan tanınmış azərbaycanlı jurnalist Rauf Mirqədirov polis tərəfindən saxlanılıb.

Oxu.Az Vesti.az-a istinadən bildirir ki, bu barədə məlumatı Türkiyədə yaşayan jurnalist Şeyda Nəsibli verib.

Onun sözlərinə görə, 10 gün əvvəl  R.Mirqədirova müvafiq dövlət idarəsindən zəng edilərək jurnalistin Türkiyədə mətbuat təmsilçiliyinin ləğv olunduğu və ölkəni tərk etmək üçün 10 gün vaxtı olduğu deyilib.

Rauf Mirqədirov bir həftə ərzində mətbuat təmsilçiliyinin ləğv edilmə səbəbini öyrənməyə çalışıb, amma şöbədən ona heç bir açıqlama verilməyib. Mirqədirov yazılı izahat tələb edib, amma nəticə olmayıb.

Verilən müddətin sonuna az qalmış Rauf Mirqədirov ailəsi ilə birlikdə avtobusla Türkiyəni tərk etmək istəyib. Lakin yola düşəndən 15 dəqiqə sonra avtobus saxlanılıb, jurnalistə və ailə üzvlərinə qarşı kobudluq edilib. Heç bir səbəb göstərilmədən Rauf Mirqədirov avtobusdan endirilib, polis bölməsinə, ailəsi isə geri Ankaraya göndərilib.

Xatırladaq ki, Azərbaycan jurnalistləri bu insidentin araşdırması ilə məşğuldurlar. Və vəkil ilə bərabər bu məsələnin araşdırmasına türk deputatları da cəlb edilib.

Qeyd edək ki, R.Mirqədirov 4 il “Ayna-Zerkalo” qəzetinin Ankara müxbiri olub, və qaydalara müvafiq olaraq hər il mətbuat təmsilçiliyinin müddətini artırırdı. Builki müddət cari ilin sentyabr ayında başa çatırdı.

Məlumata əsasən Mirqədirov gün ərzində və ya sabah Azərbaycana deportasiya edilməli idi.

Öz növbəsində “Ayna-Zerkalo” qəzetinin redaktoru Elçin Şıxlinski deyib ki, baş verənlərdən xəbərdardır.

“Mən, bu işi araşdırmaq üçün Türkiyə səfirliyinə müraciət etmişəm. Və əgər jurnalistin bütün sənədləri qaydasında olarsa Türkiyə hakimiyyətindən açıqlama tələb edəcəm. Bu gün ya da sabah səhər Mirqədirov Azərbaycana deportsiya ediləcək. Onun qayıdışından sonra bu məsələnin araşdırması ilə məşğul olacayıq”, - E.Şıxlinski deyib.

Qeyd edək ki, Mirqədirov ikinci deportasiya edilən azərbaycanlı jurnalist olacaq. Əvvəllər bu ölkədən “Zaman Today” qəzetinin jurnalisti Mahir Zeynalov deportasiya edilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri