May
2021
21:00
28
216
2451
Virtual karabakh

Rio-de-Janeyrodakı atışma zamanı ölənlərin sayı artıb - YENİLƏNİB+VİDEO

6 May, 2021
21:00
2451

Rio-de-Janeyrodakı atışma zamanı ölənlərin sayı artıb - YENİLƏNİB+VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Braziliya metrosunda polisin keçirdiyi əməliyyat nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.

Bu barədə “G1” portal məlumat verib. Ölənlərin 24 nəfərinin cinayətkar dəstə üzvləri olduğu bildirilib.

Artıq hadisənin videogörüntüləri də yayılıb.

20:32

Rio-de-Janeyro metrosunda polislə narkotacirlər arasında atışma baş verib.

“RİA Novosti” xəbər verir ki, atışma zamanı 23 nəfər həlak olub.

Hadisə şəhərin şimal rayonu olan Jakarezinyuda baş verib.

Polis narkotik maddələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olan dəstəyə qarşı xüsusi əməliyyat keçirib. Əməliyyat nəticəsindən ölənlərin birinin polis əməkdaşı, digər 22 nəfərin isə dəstə üzvləri olduğu bildirlib.

Bununla yanaşı, iki polisin və iki nəfər metro sərnişininin yaralandığı qeyd edilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri