26 
Apr
2024
11:42
7
86
921
yuxarı
Almaniyada futbol stadionunun yaxınlığında aktiv bomba tapılıb
26 Apr, 2024
11:42
921
7
86
Almaniyada futbol stadionunun yaxınlığında aktiv bomba tapılıb
Almaniyada “Maynts” klubunun ev oyunlarını keçirdiyi “MEWA Arena” stadionun yaxınlığında aktiv bomba tapılıb.
Məlumata görə, 500 kiloqramlıq aktiv bomba İkinci Dünya müharibəsindən qalıb.
Təhlükəsizlik səbəbilə klub həmin vaxt stadionda olan bütün əməkdaşlarını müvəqqəti olaraq təxliyə etməli olub. Hadisə yerinə gələn mütəxəssislər bombanı zərərsizləşdiriblər.
Xatırladaq ki, 31-ci turda “Maynts” şənbə günü “Köln” komandasını qəbul edəcək.
Mənbə: www.ua-football
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək