26 
Apr
2024
13:48
13
68
1151
Virtual karabakh

Vəkil: “Ermənistan Azərbaycan ərazisinin beşdəbirini işğal etdikdən sonra bu ərazilərə iddia edib”

26 Apr, 2024
13:48
1151

Vəkil: “Ermənistan Azərbaycan ərazisinin beşdəbirini işğal etdikdən sonra bu ərazilərə iddia edib”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Başqa bir dövlətin ərazisinin beşdəbirini zəbt etmiş Ermənistan kütləvi qətllər, etnik təmizləmələr törədib, milyonlarla insanı doğma evindən didərgin salıb, daha sonra isə heç bir əsas olmadan bu ərazilərə iddia edib”.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Məhkəmədə Azərbaycanın hüquq müdafiə heyətinin üzvü, hüquqşünas Stefan Talmon “Azərbaycan Ermənistana qarşı” işi üzrə Ermənistanın ilkin etirazları əsasında keçirilən dinləmədə Azərbaycanın şifahi arqumentini təqdim edərkən deyib.

“Başqa bir dövlətin ərazisinin beşdəbirini işğal altında saxlamış, 23 minə yaxın vətəndaşını qətlə yetirmiş, 3 900-ə yaxın insanın itkin düşdüyü vəziyyət yaradaraq, bütöv bir regionu etnik təmizləməyə məruz qoymuş, 1 milyon insanı öz yurd-yuvasından didərgin salmış, onları mülkiyyətlərindən məhrum etmiş, mədəni irsini məhv etmiş, təbii sərvətləri talamış bir dövlət ona qarşı heç bir iddianın qaldırılmayacağını necə düşünə bilər? Bu, qeyri-mümkündür, amma Ermənistanın son bir neçə gündə etdiyi məhz budur”, - o vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri