Mar
2021
12:01
22
44
2017
Virtual karabakh

Hondanın Azərbaycana gəlişi niyə yubanır? - AÇIQLAMA

9 Mar, 2021
12:01
2017

Hondanın Azərbaycana gəlişi niyə yubanır? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Keysuke Honda ilə bağlı transfer məsələsi 90 faiz həll olunub. Yalnız həll olunmalı xırda detallar qalıb”.

Bunu Oxu.Az-a “Neftçi”nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev deyib.

“Neftçi” rəsmisi 34 yaşlı Yaponiya millisinin, Rusiyanın ÇSKA və İtaliyanın “Milan” klublarının sabiq futbolçusu Hondanın Azərbaycana gəlişinin yubanma səbəbini izah edib:

“Azərbaycana daxil ola bilməsi üçün lazımi orqana viza üçün müraciət etmişik. Pandemiya ilə əlaqədar olaraq vizanın verilmə şərtləri dəyişib. Hazırda sənədin alınması üçün cavab gözləyirik. Viza alındıqdan sonra futbolçu Bakıya gələcək, tibbi müayinədən keçəcək və rəsmi müqaviləyə imza atacaq”.

Qeyd edək ki, Keysuke Honda həm də Kamboca millisinin iki baş məşqçisindən biridir. Lakin Rüstəm Allahverdiyev bildirib ki, bağlanılacaq müqavilədə onun millidən çıxması ilə bağlı bənd yoxdur. Hücuma meyilli mərkəz yarımmüdafiəçisi “Neftçi” ilə mayın sonunadək müqavilə bağlayacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri