28 
Apr
2024
14:00
108
10
3025
Virtual karabakh

“Sumqayıt” - “Qarabağ” oyununa satılan biletlərin sayı açıqlandı

28 Apr, 2024
14:00
3025

“Sumqayıt” - “Qarabağ” oyununa satılan biletlərin sayı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Premyer Liqasının XXXII turunda bu gün keçiriləcək “Sumqayıt” - “Qarabağ” matçına indiyədək 6000-ə yaxın bilet satılıb.

Bu barədə “Report”a “gənclik şəhəri” təmsilçisinin mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev məlumat verib.

Onun sözlərinə görə, qalan biletlər 2 manatlıq sektorlara aiddir: “Saat 12:00-dan sonra kassa açılacaq və qarşılaşmanın start fitinədək fəaliyyətdə olacaq. Düşünürəm ki, bu müddətdə də bütün biletləri sata bilərik. Satışda təxninən 2 minədək bilet qalıb”.

Qeyd edək ki, “Sumqayıt” - “Qarabağ” matçı aprelin 28-də, saat 20:00-da start götürəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri