28 
Apr
2024
17:48
62
45
3247
Virtual karabakh

Azərbaycan Premyer Liqasını tərk edəcək komanda bəlli olub - VİDEO

28 Apr, 2024
17:48
3247

Azərbaycan Premyer Liqasını tərk edəcək komanda bəlli olub - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Premyer Liqasını tərk edəcək komanda müəyyənləşib.

Oxu.Az xəbər verir ki, “Qəbələ” elita ilə vidalaşmalı olacaq.

XXXII turda evdə “Kəpəz”ə 0:1 hesabı ilə uduzan “qırmızı-qaralar”ın çempionatda sonuncu - onuncu olacağı dəqiqləşib. Görüşdə yeganə qolu 7-ci dəqiqədə Martins Junior vurub.

“Kəpəz” sona dörd tur qalmış xallarının sayını 34-ə çatdırıb və hələlik 8-ci pilləyə yüksəlib. “Qəbələ”nin 17 xalı var.

Qeyd edək ki, XXXII turun “Neftçi” - “Turan Tovuz” və “Sumqayıt” - “Qarabağ” matçları bu gün keçiriləcək. Tura aprelin 29-da “Zirə” - “Araz-Naxçıvan” görüşü ilə yekun vurulacaq. Ötən gün “Sabah” “Səbail”i iki cavabsız qolla üstələyib.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri