Dek
2020
11:54
143
33
1565
Virtual karabakh

Ülvi Mehdiyev ASAN əməkdaşları ilə görüşüb

3 Dek, 2020
11:54
1565

Ülvi Mehdiyev ASAN əməkdaşları ilə görüşüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Agentliyin tabeliyində olan qurumların, o cümlədən “ASAN xidmət” mərkəzlərində çalışan digər dövlət qurumlarının əməkdaşları ilə görüşüb.

Mərkəzdən verilən məlumata görə, görüş Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə əlaqədar qazandığı parlaq qələbə münasibəti ilə təşkil olunub.

COVID-19 pandemiyası şəraitinə uyğun olaraq təşkil olunan görüş “Facebook” sosial şəbəkəsi üzərindən “ASAN Family” qrupunda gerçəkləşib. 

Xatırladaq ki “ASAN Family” qrupunun məqsədi effektiv kommunikasiya vasitəsi kimi ASAN əməkdaşları üçün əlçatan şəbəkənin formalaşdırılmasıdır.

Görüşdə Ülvi Mehdiyev əməkdaşları qələbə münasibətilə təbrik edib. Eyni zamanda Dövlət Agentliyinin cari fəaliyyəti və gələcək hədəflər barədə məlumat verilib.

Həmçinin, əməkdaşların sualları cavablandırılıb və müraciətləri qeydə alınıb.

Sonda Ülvi Mehdiyev bu cür görüşlərin mütəmadi keçiriləcəyini diqqətə çatdırıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri