26 
Apr
2024
19:12
18
156
2485
yuxarı
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
26 Apr, 2024
19:12
2485
18
156
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
Şirvan şəhərində qoyulan yol nişanı hər kəsi təəccübləndirib.
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntü sosial şəbəkədə paylaşılıb.
Məsələ ilə bağlı Şirvan şəhər İcra hakimiyyətinə və Şirvan bələdiyyəsinə sorğu ünvanladıq.
Şirvan bələdiyyəsinin sədri Kürdoğlu Muradov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirdi ki, həmin ərazi müqavilə əsasında icarəyə verilib. Hər zaman da parklanma ərazisi olub.
“Hazırda Azərbaycanda deyiləm, rəsmi səfərdəyəm. Hər hansı sualınız varsa, mətbuat xidməti ilə əlaqə saxlayın”.
Sorğumuzu Şirvan Şəhər İcra hakiminin müavini Orxan İbrahimova ünvanladıq. Orxan İbrahimov bildirdi ki, “Hazırda əlimdə işim var, vaxtım yoxdur. İşim bitsin, maraqlanaram”.
Fotonu təqdim edirik:
Əzizə İsmayılova
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək