26 
Apr
2024
22:56
16
111
972
Virtual karabakh

Şağanda yağış yağmasa da, palçıq əlindən keçilməz olan ərazilər - VİDEO

26 Apr, 2024
22:56
972

Şağanda yağış yağmasa da, palçıq əlindən keçilməz olan ərazilər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Küçələr, evlərin zirzəmiləri, həyətlər, hətta yüksək gərginlikli elektrik dirəklərinin basdırıldığı səkilər belə qrunt suları ilə dolub-daşır.

Xezerxeber.az-ın məlumatına görə, görüntülər paytaxtın Xəzər rayonu Şağan qəsəbəsindəndir.

Sakinlər bildiriblər ki, ilin bütün fəsillərində bu ərazidə vəziyyət eynidir.

Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətindən bildirilib ki, problemin həlli ilə əlaqədar “Azərsu” ASC-yə müraciət ünvanlanıb.

“Şağan qəsəbəsində qrunt sularının kənarlaşdırılması məqsədilə tədbirlər həyata keçirilməsinə baxmayaraq, problemin əsaslı həlli magistral kanalizasiya kollektorunun və toplayıcı şəbəkənin inşası ilə mümkündür. Qeyd olunanları nəzərə alaraq, qəsəbədə kanalizasiya sisteminin inşası işlərinin icrası cəmiyyətin tədbirlər planına uyğun olaraq həyata keçiriləcək”.

Ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri