14 
Dek
2019
19:58
27
276
9260
Virtual karabakh

Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi: Yanğında iki avtomobil zərər görüb - VİDEO

14 Dek, 2019
19:58
9260

Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi: Yanğında iki avtomobil zərər görüb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş verən yanğın hadisəsinin mürəkkəbliyi nəzərə alaraq 2 saylı yüksək çağırış elan edilib.  

Oxu.Az-a açıqlamasında bunu Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov deyib. 

O, Nəsimi rayonunda 3-cü mikrorayon bazarı adlanan ərazidə baş vermiş yanğından sonra jurnalistlərlə söhbətində bildirib ki, buna uyğun olaraq paytaxtın müxtəlif ərazilərindən hadisə yerinə əlavə qüvvələr cəlb olunub: 

“Yanğın təxminən ümumi sahəsi 3-4 min kvadratmetrlik ərazidə baş verib və 250-300 kvadratmetrlik sahəni əhatə edib. Yanğın 30 dəqiqə ərzində məhdudlaşdırılıb və qısa müddətdə tamamilə söndürülüb.  

Təxminən 17 yanğınsöndürmə texnikası və 75 nəfər şəxsi heyəti cəlb olunub. İlkin məlumata görə, yanğın zamanı zərərçəkənlər olmayıb. Hadisə zamanı iki avtomobil qismən yanıb. Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır”. 

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri