29 
Apr
2024
01:37
14
146
3117
Virtual karabakh

İsmayıllının turizm üçün əlverişli kəndində bərbad vəziyyətdə olan yol sakinləri təngə gətirib - VİDEO

29 Apr, 2024
01:37
3117

İsmayıllının turizm üçün əlverişli kəndində bərbad vəziyyətdə olan yol sakinləri təngə gətirib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsmayıllının Qaraqaya kəndinin yollarındakı su və palçığa görə, məktəblilər dərsə, valideynlər isə iş dalınca gedib-gəlməkdə çətinlik çəkirlər.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər bildiriblər ki, kəndin yolları bərbad vəziyyətdə olduğu üçün avtomobillər tez-tez sıradan çıxırlar.

Avtomobillərlə yanaşı piyadaların hərəkəti də çətinləşir. Məktəbə gedən şagirdlər və müəllimlər xüsusən də yağışlı havada əziyyət çəkirlər.

Məsələ ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, kəndin yollarının əsaslı təmiri nəzərdə tutulub.

Onu da qeyd edək ki, Qaraqaya kəndi İsmayıllı rayonunun səfalı və turizm üçün əlverişli kəndlərindən biridir.

Ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri