28 
Apr
2024
20:12
9
141
1123
Virtual karabakh

Göyçayda avtomobil köşkə çırpıldı: Xəsarət alan var - FOTO/VİDEO

28 Apr, 2024
20:12
1123

Göyçayda avtomobil köşkə çırpıldı: Xəsarət alan var - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, VAZ-2107 markalı avtomobilin sürücüsü 21 yaşlı Nəbi Səhrab oğlu Nəbizadə həmin yolda hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı köşkə çırpılıb. Köşkün yanında dayanan 14 yaşlı yeniyetmə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri