18 
Apr
2024
20:32
66
24
550
yuxarı
Argentina NATO-dan qlobal tərəfdaş statusu istəyir
18 Apr, 2024
20:32
550
66
24
Argentina NATO-dan qlobal tərəfdaş statusu istəyir
Argentina NATO-nun qlobal tərəfdaşı olmaq istəyir.
Bunu ölkənin müdafiə naziri Luis Petri “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) yazıb.
“Mən NATO-nun baş katibinin müavini ilə görüşdüm, ona Argentinanın bu təşkilatın qlobal tərəfdaşı olmaq xahişini özündə əks etdirən niyyət məktubunu təqdim etdim”, - nazir qeyd edib.
Petri əlavə edib ki, ölkə Argentina ordusunun NATO standartlarına uyğun modernləşdirilməsinə imkan verəcək əlaqələri bərpa etməyə çalışır.
Mənbə: RİA Novosti
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək