May
2024
14:00
37
156
518
Virtual karabakh

ABŞ Fələstinə dəstək aksiyalarına qadağa qoymağa hazırlaşır

2 May, 2024
14:00
518

ABŞ Fələstinə dəstək aksiyalarına qadağa qoymağa hazırlaşır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Konqresinin Nümayəndələr Palatası antisemitizmlə mübarizəyə dair qanun layihəsi çərçivəsində Fələstinə dəstək nümayişlərinə qarşı yönəlmiş məhdudiyyətlər qəbul edib.

Qanun layihəsindəki qadağalar içində antisemit mitinqlərin keçirildiyi universitetlərə dövlət maliyyələşməsinin dayandırılması nəzərdə tutulub.

Qanunverici orqanın aşağı palatasının rəsmi saytında qeyd olunur ki, təşəbbüsü 320 konqresmen dəstəkləyib, 91 nəfər isə əleyhinə çıxıb.

Qeyd olunub ki, bu yolla ABŞ hökuməti ölkənin bir çox məktəb və ali təhsil müəssisələrinə Fələstinə dəstək verən etirazları məhdudlaşdırmağa hazırlaşır.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri