May
2024
16:04
48
6
439
Virtual karabakh

Gürcüstan parlamentinin bugünkü iclası və nazirin çıxışı təxirə salınıb

2 May, 2024
16:04
439

Gürcüstan parlamentinin bugünkü iclası və nazirin çıxışı təxirə salınıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstan parlamentinin bugünkü plenar iclası təxirə salınıb.

Bu barədə Gürcüstan parlamenti xəbər yayıb.

Məlumata görə, plenar iclasın ləğv edilməsi nəticəsində xarici işlər naziri İlya Darçiaşvilinin dinləmələri də keçirilməyəcək.

Qeyd edək ki, Darçiaşvili “Nazir saatı” formatında parlamentə dəvət olunmuşdu.

Parlamentin mətbuat xidmətinin verdiyi məlumata görə, etirazçıların Parlament Sarayına hücumu nəticəsində binaya və infrastruktura ziyan dəyib. Buna görə də bu gün Parlament Sarayında tədbirlər təxirə salınıb. Büro və plenar iclaslar baş tutmayacaq.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri