19 
Apr
2024
20:20
7
74
1184
Virtual karabakh

Masallı sakinlərinin NƏZƏRİNƏ: 16 kənddə qaz olmayacaq

19 Apr, 2024
20:20
1184

Masallı sakinlərinin NƏZƏRİNƏ: 16 kənddə qaz olmayacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.

“Report”un məlumatına görə, Masallı rayonu ərazisində yerləşən “Tüklə” qazpaylayıcı stansiyada əhali xəttinin üzərində quraşdırılmış diametri 200 millimetrlik siyirtmənin əvəzlənməsi nəzərdə tutulur.

Bu məqsədlə Boradigah, Türkoba, Hışkədərə, Mişkəmi, Miyənkü, Kubin, Mollaoba, Babaser, Məmmədoba, Ninəlov, Qodman, Böyük Kolatan, Şatıroba, Mahmudovar, Tüklə və Bədəlan kəndlərində ümumilikdə 8 900 abonentin qaz təchizatının 22 aprel saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri