May
2024
17:56
150
19
9577
Virtual karabakh

Ömürlük məhkumluqdan bəraət alan məhkumun təzminat tələbinə cavab verildi

2 May, 2024
17:56
9577

Ömürlük məhkumluqdan bəraət alan məhkumun təzminat tələbinə cavab verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ömürlük məhkumluqdan bəraət alan Aydın Qəhrəmanova mənəvi ziyana görə 114 min manat təzminat kəsilib.

“Qafqazinfo” xəbər verir ki, Qəhrəmanov yerli məhkəmənin bu qərarı ilə razılaşmayıb. Bəraət almış şəxs hesab edib ki, ona mənəvi ziyana görə həddən artıq az təzminat pulu ayrılması ilə bərabər maddi ziyana görə tələbinin rədd olunması qəbuledilməzdir. Bu səbəbdən o, uzun illər davam edən məhkəmə çəkişmələrini davam etdirmək qərarına gəlib.

Məlumat üçün bildirək ki, A.Qəhrəmanov həbsdə keçirdiyi 9 ilə görə bir milyon manat ödənilməsini tələb edib.

Maliyyə Nazirliyi və Baş Prokurorluğun cavabdeh qismində tanınmış iddiadan iddiaçının vəkili apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi elə ilk iclasda şikayəti dinləyib, qərar qəbul edib.

Yuxarı instansiya məhkəməsi yerli məhkəmənin qərarını qanunauyğun hesab edib. A.Qəhrəmanov isə bu dəfə də narazı qalıb. Onun bu qərardan da kassasiya şikayəti verəcəyi bildirilib.

Xatırladaq ki, Aydın Qəhrəmanov birlikdə yaşadığı qadını və onun qardaşı qızını öldürməkdə təqsirli bilinərək ömürlük məhkum edilmişdi. Doqquz il sonra - 2022-ci ilin sonunda Bakı Apellyasiya Məhkəməsi Qəhrəmanova bəraət vermişdi.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri