27 
Apr
2024
13:54
217
36
1806
Virtual karabakh

Rusiyada hərbi aerodroma dron hücumu olub - VİDEO

27 Apr, 2024
13:54
1806

Rusiyada hərbi aerodroma dron hücumu olub - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Krasnodar diyarının Kuşevskaya kəndi yaxınlığında hərbi aerodroma PUA hücumları olub.

Bu barədə yerli sakinlər sosial şəbəkələrdə kadrlar paylaşıblar.

Bildirilib ki, partlayışdan sonra aerodrom ərazisində yanğın başlayıb.

Mediada hərbi aerodroma hücum nəticəsində təyyarələrin zədələndiyi barədə məlumat yayılıb. Aprelin 27-də səhər saatlarına olan məlumata görə, onların sayı və dəymiş ziyanın həcmi müəyyənləşdirilir.

Krasnodar diyarının qubernatoru Venyamin Kondratyev hadisəyə münasibət bildirib. Onun məlumatına görə, Slavyansk, Seversk və Kuşevsk rayonlarında 10-dan çox PUA hücumunun qarşısı alınıb. Yerli hökumətdən, həmçinin bildirilib ki, Kuşevskdə mülki infrastruktura ziyan dəyməyib, xəsarət alan yoxdur.

Mənbə: “Astra” “Telegram” kanalı

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri