18 
Apr
2024
11:02
60
19
2302
Virtual karabakh

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq

18 Apr, 2024
11:02
2302

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti (“Rosobrnadzor”) əmək miqrantları üçün rus dili imtahanını dəyişə bilər.

Bildirilir ki, ilk olaraq imtahana şifahi nitqin qiymətləndirilməsinin daxil edilməsi imkanı nəzərdən keçirilir. Hazırda imtahanın şifahi hissəsi yalnız iş icazəsi və ya patent almaq üçün nəzərdə tutulub.

Həmçinin, bal sisteminə yenidən baxmaq təklif edilib. Belə ki, miqrantlar üçün rus dili üzrə keçid balının 50-dən 80 bala (100 baldan) qaldırılması təklif edilir.

Bundan əvvəl Rusiya ərazisinə yollanan miqrantlar və əcnəbilərin ancaq barmaq izləri ilə SİM-kart ala biləcəkləri barədə xəbər vermişdik.

Mənbə: RBK

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri