17 
Apr
2024
06:21
83
20
5193
Virtual karabakh

Səmadan Floridadakı evin üzərinə düşən və damı deşən obyektin mənşəyi bəlli oldu - FOTO

17 Apr, 2024
06:21
5193

Səmadan Floridadakı evin üzərinə düşən və damı deşən obyektin mənşəyi bəlli oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-nin Florida ştatında bir evin üzərinə düşən və damını deşən obyekt Beynəlxalq Kosmik Stansiyadan (BKS) xaric edilmiş tullantı imiş.

Bu barədə NASA-nın saytında məlumat verilib.

Qeyd olunub ki, evin damı 2021-ci ilin mart ayında stansiyadan atılan nikel-metal hibrid batareya bloku ilə deşilib. Mütəxəssislərin hesablamalarına görə, istismar müddəti bitən və ümumi çəkisi təxminən 2,6 ton olan batareyalar atmosferdə tamamilə yanmalı idi. Lakin nəsə səhv gedib - qalıqlar üç il orbitdə dövrə vurub, sonra da yarımçıq yanıb.

“Obyektin 2024-cü il martın 8-də Yer atmosferinə yenidən daxil olarkən tamamilə yanması gözlənilirdi. Bununla belə, avadanlığın bir hissəsi davam gətirib və Neapol şəhərindəki evə çırpılıb”, - deyə NASA izah edib. Düşmüş metal parçasının çəkisi təxminən 700 qram olub.

Qalığın atmosferə daxil olarkən məhv olmamasının səbəbini müəyyən etmək üçün ətraflı araşdırma aparılacaq.

Mənbə: İz.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri