17 
Apr
2024
04:51
8
274
2480
Virtual karabakh

Rusiyada maşın məktəbli qızı vuraraq metrlərlə uzağa atdı - VİDEO

17 Apr, 2024
04:51
2480

Rusiyada maşın məktəbli qızı vuraraq metrlərlə uzağa atdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Başqırdıstan Respublikasının Neftekamsk şəhərində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Yüksək sürətlə gələn minik avtomobili piyada keçidində məktəbli qızı vurub.

Qız və yanındakı dostu yolu keçmək istədikləri zaman maşın tam sürətlə onlara doğru sürüb. Oğlan üzərilərinə gələn maşından yayına bilsə də, qız buna müvəffəq ola bilməyib. Zərbənin təsiri qızı bir neçə metr uzağa ataraq sürükləyib və o, ağır bədən xəsarətləri alıb.

Zərərçəkmiş qızın səkkizinci sinifdə oxuduğu məlum olub. Hazırda məktəbli reanimasiyadadır. Şahidlərin sözlərinə görə, sürücü hadisə yerindən qaçıb.

Yol polisi hadisə ilə bağlı bir sıra ekspertizalar təyin edib. Hadisə ilə bağlı araşdırma aparılır.

Mənbə: Mash.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri