17 
Apr
2024
08:12
99
11
6517
Virtual karabakh

İrlandiya sahillərində naməlum heyvanın cəsədi tapılıb - FOTO

17 Apr, 2024
08:12
6517

İrlandiya sahillərində naməlum heyvanın cəsədi tapılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İrlandiyada çimərlikdə nəhəng naməlum heyvan cəsədi aşkar edilib.

Adı floraya naməlum olan heyvan İrlandiyanın Ballibranaqan bölgəsinin çimərliyində tapılıb.

Sahildə gəzişərkən naməlum dəniz canlısına rast gələn qadın onu heç nəyə bənzədə bilməyib.

Həmin vaxt orada olan digər şahid isə qeyd edib ki, naməlum heyvanın baş hissəsi olmayıb.

Çimərlikdə çəkilmiş fotoşəkildə sümükləri və əzələləri olan bir növ heyvanın böyük bədəni göstərilir, lakin onun bioloji növlərini tanımaq demək olar ki, mümkünsüz görünür.

Naməlum dəniz heyvanının köpəkbalığı və ya balina olduğunu güman etmək olar, lakin qeyd olunur ki, qəribə məxluqun üzgəcləri və quyruğu yoxdur.

Artıq naməlum heyvanın cəsədi mütəxəssislər tərəfindən tədqiq olunur, onlar onun hansı növə aid olduğunu müəyyənləşdirməyə çalışacaqlar.

Mənbə: Irish Star

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri