28 
Mar
2024
20:32
13
100
2170
Virtual karabakh

“Liverpul”un əfsanəsi vəfat etdi - FOTO

28 Mar, 2024
20:32
2170

“Liverpul”un əfsanəsi vəfat etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Liverpul”, “Nottingem Forest” və İngiltərə millisinin sabiq müdafiəçisi Larri Lloyd dünyasını dəyişib. Onun 75 yaşı var idi.

İngiltərə klublarının keçmiş futbolçusunun ölüm səbəbi hələlik açıqlanmayıb.

“Larri 1979 və 1980-ci illərdə komanda ilə ardıcıl olaraq Avropa kuboklarını qazanaraq, klubda ümumilikdə 218 oyun keçirib, “Möcüzə adamlar” qrupunun ayrılmaz hissəsi olub. Bu həqiqətən kədərli bir anda Larrinin dostlarına və ailəsinə başsağlığı veririk. Rahat yat, Larri,” - “Nottingem Forest”in açıqlamasında qeyd olunub.

Xatırladaq ki, ingilis müdafiəçi “Liverpul”da 215 oyun keçirib. “Nottingem Forest”də isə Lloyd İngiltərə çempionu olub və iki dəfə Avropa Kubokunun qalibi olub, həmçinin İngiltərə Liqa Kubokunu və UEFA Super Kubokunu qazanıb.

Mənbə: championat.com

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri