28 
Mar
2024
06:01
25
87
1562
Virtual karabakh

“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO

28 Mar, 2024
06:01
1562

“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Tesla” müştərilərinə elektrikli nəqliyyat vasitələrinə quraşdırılmış sürücüyə yardım sistemlərinin imkanlarını göstərmək üçün daha çox vaxt ayıracaq.

Qeyd olunur ki, şirkətin rəhbəri İlon Mask dilerlərə “Full Self-Driving” (FSD) avtonom idarəetmə sisteminin imkanlarını nümayiş etdirməyi əmr edib. Maskın sözlərinə görə, müştərinin FSD-ni yol şəraitində sınaması üçün işçilər müştəri ilə birlikdə avtomobili sürərkən bu funksiyadan istifadə etməlidrlər.

“Tesla”nın rəhbəri vurğulayıb ki, demək olar ki, heç bir istehlakçı şərti olaraq avtopilot adlanan sürücüyə təkmilləşdirilimiş yardım sisteminin nə qədər yaxşı işlədiyini başa düşmür. Mask bu cür nümayiş attraksionlarının vaxt aparacağını qeyd edib, lakin bunun məcburi tələb olduğunu bildirib.

Mənbə: Bloomberg

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri