İyl
2022
13:08
99
9
2106
Virtual karabakh

Kiyevdə həbs edilən azərbaycanlılarla bağlı Ukrayna XİN-ə məktub ünvanlanıb

5 İyl, 2022
13:08
2106

Kiyevdə həbs edilən azərbaycanlılarla bağlı Ukrayna XİN-ə məktub ünvanlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qasımlı Misir Elman oğlu və Quliyev Sübhan Babək oğlu Kiyev şəhərində saxlanıblar.

Azərbaycanın Ukraynadakı səfirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ərəb mənşəli İspaniya vətəndaşı olan şəxs Qasımlı Misir Elman oğlu və Quliyev Sübhan Babək oğlundan şikayətçidir.

Diqqətə çatdırılıb ki, prosesə kənar müdaxilələrin olması barədə fakt aşkar edilməyib.

“Kifayət qədər sübut olmadığı üçün həbs müddəti iyulun ortalarınadək uzadılıb. Səfirlik mühakimə olunanların ailələri və vəkilləri ilə təmasdadır, prosesin mümkün sürətləndirilməsinə dəstək göstərilməsi məqsədilə Ukrayna Xarici İşlər Nazirliyinə (XİN) məktub ünvanlanıb”, - qeyd olunub.

Xatırladaq ki, Qasımlı Misir Elman oğlu Vətən müharibəsinin iştirakçısıdır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri