Mar
2021
03:30
224
13
2103
Virtual karabakh

İspaniyalı pensiyaçı ofisianta 1.5 milyon avro vəsiyyət etdi

2 Mar, 2021
03:30
2103

İspaniyalı pensiyaçı ofisianta 1.5 milyon avro vəsiyyət etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyanın Valyadolid şəhərində yerli barların birində qeyri-adi hadisə baş verib.

“Korrespondent” nəşrinin məlumatına görə, pensiyaçı qadın mütəmadi olaraq baş çəkdiyi barda çalışan ofisiantlardan birinə 1.5 milyon avro vəsiyət edib.

Barın əməkdaşları bildiriblər ki, Xulio adlı ofisant və 95 yaşlı qadın öz aralarında xoş münasibətlər saxlayıblar. Hər gün barda səhər yeməyi yəyən qadına məhz o xidmət göstərib.

Lakin qadının bacısı qızı Xulionu fırıldaqçı adlandıraraq məhkəməyə müraciət edib. O bildirib ki, ofisiant yaşlı pensiyaçının xəstəliyindən istifadə edərək, onu öz vəsiyyətini dəyişməyə məcbur edib.

Belə ki, sənəddə müvafiq dəyişiklikdən sonra qadın öz mənzilini tərk edərək, qocalar evinə gedib və orada əsəb pozuntusu keçirərək vəfat edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri