29 
Apr
2024
18:08
113
24
1249
yuxarı
Şotlandiyanın baş naziri istefa verdi
29 Apr, 2024
18:08
1249
113
24
Şotlandiyanın baş naziri istefa verdi
Şotlandiyanın Baş naziri (birinci nazir), Şotlandiya Milli Partiyasını təmsil edən Humza Yusaf partiya liderliyindən və müvafiq olaraq, baş nazir vəzifəsindən istefa verdiyini açıqlayıb.
O bu barədə partiya katibini məlumatlandırıb və yeni partiya rəhbərinin seçilməsi üçün hazırlıqlara başlanmasını xahiş edib.
Ölkədə siyasi böhran keçən həftə Yusafın Yaşıllarla koalisiya sazişindən çıxması ilə başlayıb. Bununla bağlı olaraq müxalifət partiyaları dərhal Şotlandiyanın nazirinə və hökumətinə etimad səsverməsi planlaşdırıb. Yusaf səsvermədən əvvəl istefa verməyə üstünlük verib.
Qeyd edək ki, pakistanəsilli Yusaf 2023-cü ilin martında Şotlandiyanın birinci naziri və Şotlandiya Milli Partiyasının lideri vəzifəsini tutub.
Mənbə: MK.ru
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Dünya xəbərləri
16 
May
2024
11:44
Paşinyan: “Sərhədlərin delimitasiyası üzrə protokolun imzalanması böyük uğurdur”
13
0
129
16 
May
2024
09:32
Putin: “Moskva ilə Pekin arasında münasibətlər üçüncü tərəfə qarşı yönəlməyib”
35
38
474