21 
Fev
2020
12:10
15
88
2268
Virtual karabakh

Ana öz oğlunu oğurladı

21 Fev, 2020
12:10
2268

Ana öz oğlunu oğurladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın Florensiya əyalətində azyaşlı uşaq oğurlanıb.

“Corriere Fiorentino” nəşrinin yaydığı xəbərə görə, səkkiz yaşlı uşağı Rusiya vətəndaşı olan anası və dayısı oğurlayıb.

Yeganə qəyyum olan atası onların uşağı oğurladığını görüb və polisə xəbər verib.

Qadının uşağın atası ilə yaşadığı evə yaxın yerdə ev tutduğu məlum olub. Onun evindən müxtəlif növ silahlar və partlayıcı maddələr aşkar edilərək götürülüb.

Hüquq-mühafizə orqanının əməkdaşları qadını tutub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri