27 
Apr
2024
17:33
39
69
750
Virtual karabakh

Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək - VİDEO

27 Apr, 2024
17:33
750

Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın daşqınlara məruz qalan Orenburq vilayətində 1,7 mindən çox ev söküləcək.

Bu barədə yerli hökumət nümayəndələri xəbər veriblər.

Bildirilib ki, Mənzil Qiymətləndirmə Komissiyası rayon üzrə ümumilikdə 5007 evə baxış keçirib.

“Bunlardan 3201-i əsaslı təmir olunacaq, 1745-i təhlükəli hesab olunub və sökülməlidir, 61-i isə yaşayış üçün yararlıdır”, - deyə hökumətdən bildirilib.

Xatırladaq ki, Orenburq vilayətində daşqınlarla əlaqədar aprelin 4-də fövqəladə vəziyyət elan edilib. Uralda suyun səviyyəsinin qalxması səbəbindən Orsk bəndi dağılıb. Daha sonra su Orenburqun regional mərkəzinə qədər yayılıb. Artıq təhlükəli dövr keçib, rayonda normal həyat bərpa olunur.

Mənbə: RBK

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri