23 
Yan
2020
20:54
226
43
14322
Virtual karabakh

Arvadının rəfiqəsi ilə paylaşdığı sirri öyrənən ər dərhal boşandı

23 Yan, 2020
20:54
14322

Arvadının rəfiqəsi ilə paylaşdığı sirri öyrənən ər dərhal boşandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Nijni-Novqorod şəhərində iki rəfiqənin söhbəti ailəni dağıdıb.

Rambler.ru-nun məlumatına görə, Oksana beş illik evli olan Marina adlı rəfiqəsinin evinə qonaq gedib.

Qızların başı söhbətə o qədər qarışıb ki, ərinin yan otaqda olması Marinanın yadından çıxıb.

Söhbət əsnasında o, keçmiş sevgililərindən birinin indiki ərindən daha şən olmasını deyib. Bundan başqa, iş yerlərində yaraşıqlı biri ilə sevgi romanı yaşadığını, onun başqa filiala getdiyindən təəsüfləndiyini bildirib.

Marinanın bütün bunları yan otaqdan eşidən əri Qleb Eqorun Oksananın getməsini gözləməyə hövsələsi çatmayıb. O, otaqdan çıxaraq qızların yanına gəlib, arvadına ürəyindən keçən bütün sözləri deyərək evdən çıxıb. Bundan sonra boşanma üçün məhkəməyə müraciət edib. Onların uşaqları olmadığına görə, qısa müddətdə boşanmaları təmin edilib.

Marinanın isə əlindən özünü günahlandırmaqdan başqa bir şey gəlməyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri