28 
Apr
2024
11:48
21
447
866
yuxarı
BMT: “Altı ayda Qəzzada 13 min uşaq ölüb”
28 Apr, 2024
11:48
866
21
447
BMT: “Altı ayda Qəzzada 13 min uşaq ölüb”
BMT-nin Fələstinli Qaçqınlara Yardım üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini bildirib ki, son altı ayda Qəzza zolağında öldürülən uşaqların sayı 13 minə çatıb.
O qeyd edib ki, müharibə şəraitində dəqiq məlumat əldə etmək çox çətindir.
“Ancaq məncə, dərc olunan rəqəmlər dəhşətlidir. Altı ayda 34 mindən çox insanın öldüyü görünməmiş bir hadisədir və ölənlər arasında 13 min uşaq var”, - Lazzarini deyib.
Mənbə: TASS
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək