15 
Noy
2019
10:17
203
9
3779
Virtual karabakh

Yeniyetmə bacısını timsahın ağzından xilas etdi - FOTO

15 Noy, 2019
10:17
3779

Yeniyetmə bacısını timsahın ağzından xilas etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Filippinin Palavan əyalətində yeniyetmə bacısını timsahın ağzından xilas edib.

12 yaşlı Haina Lisa Joze Habi çayın üstündəki körpünü keçərkən dörd metr uzunluğu olan timsah onun ayağından dişləri ilə tutaraq çəkmək istəyib.

Hainanın qışqırığını eşidən 15 yaşlı qardaşı Həşim artıq körpünün o biri tayında olub.

Buna baxmayaraq, o, olduğu yerdən yırtıcıya daşlar ataraq, bacısını xilas edə bilib.

Haina yaralı halda xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin stabil olduğu bildirilib.

Timsahın axtarışına başlayan polislər yaxınlıqda yaşayanlardan ehtiyatlı olmalarını istəyiblər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri